AZ

Leau “Milan”dan gedir: Yeni liqa qərarı gündəmdə

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

İtaliyanın “Milan” futbol komandasının portuqaliyalı yarımmüdafiəçisi Rafael Leau yayda klubdan ayrılmaq və başqa çempionatda çıxış etmək niyyətindədir.

İdman.Biz xəbər verir ki, 26 yaşlı futbolçu bu barədə “Sport TV” yə açıqlamasında danışıb. Leau “Milan”da tarixə düşdüyü üçün qürur duyduğunu, lakin karyerasında yeni səhifə açmaq istədiyini bildirib.

“Milan” üçün bacardığım hər şeyi etdim. Amma artıq yeni çağırışı sınamağın vaxtıdır. Başqa çempionatda oynamağa hazır olduğumu hiss edirəm”, - portuqaliyalı futbolçu deyib.

Rafael Leau başa çatan mövsümdə İtaliya A Seriyasında 29 matçda meydana çıxıb, doqquz qol vurub və üç məhsuldar ötürmə edib. “Milan” mövsümü beşinci pillədə başa vuraraq Çempionlar Liqasına vəsiqə qazana bilməyib.

Portuqaliyalı futbolçu İtaliya Kubokunda isə iki oyunda bir qolla yadda qalıb. Leau 2019/2020 mövsümündən “Milan”ın formasını geyinir.

Daha əvvəl futbolçu ilə İspaniyanın “Real Madrid”, İngiltərənin “Mançester Siti” və “Mançester Yunayted” futbol klublarının maraqlandığı bildirilir. Türkiyənin “Qalatasaray” və “Fənərbağça” futbol klubları da onun adını transfer siyahısına daxil edən komandalar arasında göstərilir.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
53
icma.az

1Mənbələr