AZ

Xocavənd və Zəngilanda əmək haqları gecikir, işçilər yolu bağladı

ain.az, Sherg.az saytına istinadən bildirir.

"Maaş gecikirsə, işçilər hər gün üçün 1% kompensasiya tələb edə bilər”

İşğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işlərində çalışan insanların əmək haqqının gecikdirilməsi, vaxtında ödənməməsi ilə bağlı son zamanlar narazılıqlar artır. Sosial şəbəkədə paylaşım edən işçilər əmək haqlarının gecikdirilməsindən narahatlqı ifadə edirlər.

Həm Xocavənd, həm də Zəngilan rayonunda çalışan işçilər əmək haqqının verilməməsi ilə bağlı bu günlərdə video-müraciət hazırlayaraq sosial şəbəkələrdə paylaşıblar. Xocavənd rayonunda çalışmış insanlar “Bəyaz İnşaat”ın rəhbərliyindən narazılıq edir, əmək haqlarının gecikdirildiyini bildirirlər. Zəngilan rayonunda çalışan işçilər isə etirazlarını magistral yolu bağlamaqla bildiriblər.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov “Sherg.az”a açıqlamasında bildirdi ki, belə hallar var: 

- Müəyyən subpodratçı təşkilatlardır, əmək haqqını bəzən gecikdirirlər. İşçilərin belə halları ictimailəşdirməsi yaxşıdır, amma daha yaxşı olar ki, işçilər Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etsinlər. Əmək haqqının hər gecikdirilən günü üçün 1 faiz də pul tələb edə bilərlər. Ola bilsin işəgötürənin günahı yoxdur, vəsait vaxtında köçürülməyib. Bunu araşdırmadan birbaşa cavab vermək olmur niyə əmək haqqında gecikdirmə var. Əgər işçilər hesab edirlərsə ki əmək haqqının gecikdirilməsinə işəgötürən səbəbkardır, o zaman 1 faz də əlavə ödəniş tələb etmək hüquqları var. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
sherg.az

1Mənbələr