Bakı, 31 may, AZƏRTAC
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası iyunun 1-dən 10-dək Qəbələdə təlim-məşq toplanışında
olacaq.
Bu barədə AZƏRTAC-a AFFA-dan məlumat verilib.
Bildirilib ki, U-17 hazırlıq çərçivəsində Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.