AZ

Çin Avropaya yük daşımalarını Azərbaycandan keçən marşrutla edəcək

Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə Avropaya yük daşımalarını artırmağı planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

Marşrut Rusiyanı keçərək Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçir.

Analitiklər hesablayırlar ki, dəhliz tam gücü ilə işlədikdən sonra Rusiya Asiya ilə Avropa arasında əsas tranzit mərkəzi statusunu itirə bilər və bu da onun iqtisadiyyatı üçün milyardlarla dollarlıq itkilərə səbəb ola bilər.

Seçilən
69
2
unikal.az

3Mənbələr