AZ

6 iyun tarixi ilə bağlı bürclərə xəbərdarlıq

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

6 iyun 2026-cı il tarixi astroloji baxımdan olduqca gərgin və həlledici enerjilər vəd edir. Satun, Venera və Merkurinin yaratdığı kəskin bucaqlar bir çoxları üçün gizli həqiqətlərin üzə çıxacağı və karmik dərslərin alınacağı dövrün başlanğıcı olacaq.Astroloqlar xüsusilə üç bürcün nümayəndələrini diqqətli olmağa çağırır.Əkizlər bürcü üçün iyun ayı həlledici olsa da, ulduzlar onları ciddi sınağa çəkəcək. Bu vaxta qədər gizlədilən həqiqətlər və qaçılan qərarlar 6 iyun tarixində gündəmə gələcək. Kainat Əkizləri həm özünə, həm də ətrafındakına qarşı tam səmimi olmağa məcbur edəcək. Xüsusilə iş və şəxsi münasibətlərdəki qeyri-müəyyənliklər ciddi şəkildə yoxlanılacaq.Qız bürcü üçün bu dövr maliyyə və özünəinam mövzularında sarsıdıcı ola bilər. Satun və Venera arasındakı gərginlik enerjinizi yanlış insanlara və ya layihələrə xərclədiyinizi üzə çıxaracaq. Gözlənilməz xərclər yarana bilər. Mütəxəssislər məsləhət görür ki, bu tarixdə köhnə və lazımsız əşyalardan xilas olaraq enerjinizi təmizləyəsiniz.Balıqlar bürcü isə emosional "sunami" ilə qarşı-qarşıyadır. Uzun müddətdir görməzdən gəldiyiniz problemlər artıq dözülməz həddə çatacaq. Ən yaxın bildiyiniz insanların real simasını görmək ağrılı olsa da, bu, sizin üçün böyük azadlıq gətirəcək. Kainatın sizə göstərdiyi həqiqətlərə bəhanə tapmağı dayandırıb yeni səhifə açmağın vaxtıdır.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
3
demokrat.az

4Mənbələr