AZ

"Sumqayıt"ın yeni baş məşqçisi nə vaxt açıqlanacaq? - rəsmi açıqlama

"Sumqayıt" da premyer-liqanın hazırda baş məşqçisiz qalan klubları sırasındadı. Ona görə ki, "kimyaçılar" mövsüm bitəndən sonra "futbol ili"nin əvvəlindən bəri çalışdırıcısı olan Saşa İliçlə yolları ayırdı.

Bəs, yeni baş məşqçi axtarışı başlayıbmı? Təyinat nə vaxt reallaşacaq?
Bu suallarla klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevə müraciət etdik. Onun "Football-plus.az"a cavabı:
"Çətin mövsümü arxada qoyduq. İndi komanda, rəhbərlik istirahətdədi. Tətil günləri bitəndən sonra baş məşqçi məsələsiylə bağlı işlərə başlanacaq. Sizin vasitənizlə azarkeşlərdən, futbol ictimaiyyətindən xahiş edirik ki, yalnız klub tərəfindən açıqlanan xəbərlərə etimad etsinlər, başqa məlumatlara güvənməsinlər. Bəzən mətbuatda yanlış informasiyalar dərc olunur".
KƏNAN BAHADIR

Seçilən
44
football-plus.az

1Mənbələr