AZ

ABŞ və Suriya prezidentlərinin telefon danışığı oldu

Suriya və ABŞ prezidentləri Əhməd əş-Şaraa ilə Donald Tramp arasında telefon danışığı baş tutub.

"Unikal" xəbər verir ki, Suriya liderinin mətbuat xidmətinin məlumatına görə, tərəflər ikitərəfli münasibətləri və Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər.

Söhbət zamanı əş-Şaraa regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verən qarşılıqlı maraq doğuran məsələlər üzrə əlaqələrin və koordinasiyanın davam etdirilməsinin vacibliyini qeyd edib.

Bundan əlavə, Suriya Prezidenti ABŞ-nin qalan sanksiyalarının ləğvinin Suriyada iqtisadi fəaliyyətin bərpası və suriyalıların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addım olduğunu vurğulayıb. Tramp öz növbəsində Suriyada və regionda baş verən hadisələri izləməkdə maraqlı olduğunu bildirib və ölkənin yenidənqurma prosesinə dəstəyini ifadə edib.

Seçilən
31
1
unikal.az

6Mənbələr