AZ

Həzmi sürətləndirən 4 detoks içkisi

Qurban bayramı geridə qalsa da, süfrələrdəki bol ət və şirniyyat istehlakı bir çoxlarında ağırlıq hissi yaradıb. Bayram sonrası orqanizmi toksinlərdən təmizləmək və həzm sistemini rahatlatmaq istəyənlər üçün ev şəraitində hazırlanan detoks içkiləri köməyə çatır.

Demokrat.az xəbər verir ki, düzgün tətbiq olunan detoks üsulları immuniteti gücləndirir və maddələr mübadiləsini sürətləndirir. Xüsusilə tərəvəz, meyvə və ədviyyat qarışıqları bədəndəki şişkinliyi atmağa, enerjini bərpa etməyə xidmət edir.

Evdə hazırlaya biləcəyiniz ən effektiv dörd resepti təqdim edirik.

Zəncəfil və limonlu su

Bir litr suya doğranmış təzə zəncəfil və dilimlənmiş limon əlavə edib soyuducuda bir neçə saat saxlayın. Gün boyu qəbul edilən bu su bədəni aktiv şəkildə təmizləyir.

Kök və çuğundur qarışığı

Bir ədəd çuğundur, bir kök, yarım alma və bir neçə dilim zəncəfili blenderdən keçirin. Hər gün yarım stəkandan başlayaraq miqdarı artıra bilərsiniz.

Meyvəli kokteyl

Mango, bir stəkan qaragilə və bir neçə çiyələyi qarışdıraraq hazırlanan içki həm arıqlamağa kömək edir, həm də dadlıdır.

Südlü detoks

Şaftalı və çiyələk suyunu yarım stəkan kokos südü və bal ilə qarışdırın. Bu içki xüsusilə səhər yeməyi üçün qidalı seçim hesab olunur.

Qeyd edək ki, detoks proqramları zamanı işlənmiş qidalardan uzaq durmaq və bol su içmək nəticəni daha da sürətləndirir.

Aytən
Demokrat.az
Seçilən
151
1
demokrat.az

2Mənbələr