AZ

Yaşı 40-dan yuxarı olanlara həkimdən xəbərdarlıq

Ürək-damar xəstəlikləri artıq gənc nəsillər arasında da sürətlə yayılmağa başlayıb. Mütəxəssislər infarkt riskinin xüsusilə hansı yaş dövründən etibarən ciddi təhlükə yaratdığını açıqlayıblar.

Demokrat.az
xəbər verir ki, kardioloq Natalya Solovyovanın sözlərinə görə, tibdə bu riskin hesablanması üçün əsas hədd 40 yaş hesab olunur.

Həkimlər xəstəlik ehtimalını müəyyənləşdirmək üçün xüsusi şkalalardan istifadə edirlər. Burada cinsiyyət və yaşla yanaşı, arterial təzyiq, xolesterin səviyyəsi və tütün asılılığı kimi faktorlar əsas götürülür. Qadınlarda isə menopoz dövründən sonra ürək problemlərinin yaranma riski daha da çoxalır.

Müasir dövrdə infarkt və insult halları hətta 35-40 yaşlı şəxslər arasında da qeydə alınır. Daimi stress, yuxusuzluq, azhərəkətli həyat tərzi, artıq çəki və şəkərli diabet bu prosesi sürətləndirən əsas amillərdir. Həmçinin spirtli içkilər və energetik içkilərin qəbulu ürəyin iş fəaliyyətinə ciddi zərbə vurur.

Ürək tutmalarının təxminən 40 faizi heç bir tipik əlamət olmadan baş verir. Bəzən heç bir fiziki gərginlik olmadan yaranan və istirahət zamanı keçməyən kəskin yorğunluq gizli infarktın göstəricisi ola bilər. Bu səbəbdən sağlamlıq vəziyyətinə qarşı diqqətli olmaq və mütəmadi müayinələrdən keçmək həyati əhəmiyyət daşıyır.

İsmayıl
Demokrat.az
Seçilən
89
demokrat.az

1Mənbələr