ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 1 iyun, AZƏRTAC
Çili sahillərində 6 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan şöbəsi məlumat verib.
Məlumata görə, zəlzələnin episentri Viña del Mar şəhərindən 24 kilometr şimalda, sahildən təxminən 3,2 kilometr məsafədə yerləşib.
Episentrdəki təkanların intensivliyinə əsasən, zəlzələ "dağıdıcı" kimi qiymətləndirilir.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.