AZ

ABŞ İranın hərbi obyektinə zərbə endirdi

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana məxsus radar və pilotsuz uçuş aparatlarına (PUA) nəzarət məntəqələrinə zərbələr endirib.

Publika.az xəbər verir ki, bu barədə CENTCOM-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Qurumun yaydığı məlumatda qeyd olunub ki, özünümüdafiə məqsədilə həyata keçirilən əməliyyat çərçivəsində İrana aid radar qurğusu, eləcə də Qəruk və Keşm adasındakı idarəetmə və nəzarət mərkəzləri hədəf alınıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı İranın Küveyt istiqamətində ballistik raket atdığını açıqlamışdı. Ötən həftə isə tərəflər arasında qarşılıqlı zərbələr davam edib. Amerika ordusu Bəndər-Abbas liman şəhərinə hücum edərək PUA buraxılış qurğusunu məhv edib. Buna cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın aviabazasına zərbə endirib və hücumların davam edəcəyi təqdirdə daha qətiyyətli addımlar atacaqlarını bəyan edib.

Seçilən
39
publika.az

1Mənbələr