AZ

Liverpul dan ayrılan müdafiəçi Səudiyyə Ərəbistanına yollana bilər

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Liverpul"un müdafiəçisi İbrahima Konate "Əl-İttihad"ın maraq dairəsinə düşüb. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira "X" sosial media hesabında paylaşım edib.

"Liverpul"dan ayrılan 27 yaşlı fransız futbolçu Səudiyyə Ərəbistanı klubunun əsas transfer hədəfidir. 

Konate son mövsümdə "Liverpul"un heyətində bütün turnirlərdə 51 oyunda iştirak edib və 2 qol vurub.

Qeyd edək ki, "Əl-İttihad" çempionatda 5-ci yeri tutaraq Asiya Çempionlar Liqasının seçmə mərhələsinə vəsiqə qazanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
53
sport24.az

1Mənbələr