AZ

66 yaşlı ağsaqqal Azərbaycanı dünyada biabır etdi: qadın turistin sinəsinə əl atdı - RƏZALƏTİN VİDEOSU

ilk yayınlanma: 00:33

Hacıqabul rayonunda xarici turist qadına qarşı seksual davranışla bağlı yayılan görüntülər sosial şəbəkələrdə geniş rezonans doğurub. Hadisənin görüntülərinin yayılmasından sonra polis araşdırma aparıb və 66 yaşlı şəxs barəsində inzibati tədbir görülüb.

Musavat.com xəbər verir ki, Almaniyalı turist Karl və onun yapon sevgilisi Lisa velosipedlə dünya səyahəti çərçivəsində Azərbaycan ərazisindən keçərkən xoşagəlməz hadisə ilə qarşılaşıblar.

Sosial şəbəkələrdə yayılan videodan görünür ki, Hacıqabul ərazisində “VAZ-2107” markalı, dövlət qeydiyyat nişanı 24-BF-126 olan avtomobilin sahibi olan yaşlı kişi turistlərə yaxınlaşaraq onlarla söhbət etməyə başlayıb. İlk anlarda dostyana görünən ünsiyyət daha sonra qalmaqallı hadisə ilə nəticələnib.

Kadrlardan göründüyü kimi, kişi xarici turistlərlə şəkil çəkdirib, daha sonra isə sağollaşarkən yapon turist Lisanın bədəninə toxunmağa cəhd göstərib. Həmin anlar turistlərin kamerası tərəfindən qeydə alınıb və sonradan onların sosial media hesablarında paylaşılıb. 

f6ff6ce2-51c0-47d1-912a-0a91a5c2441b.jpg

Görüntülərin yayılmasından sonra hadisə Azərbaycan sosial şəbəkələrində ciddi narazılıqla qarşılanıb. Bir çox istifadəçi bu davranışın ölkənin turizm imicinə zərbə vurduğunu bildirib.

Qafqazinfo və digər yerli media qurumlarının yaydığı məlumata görə, turistlərin müraciəti əsasında polis əməkdaşları hadisəyə operativ reaksiya veriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə yaxınlaşaraq araşdırma aparıblar.

Araşdırma nəticəsində görüntülərdə əks olunan şəxsin 66 yaşlı Hacıqabul sakini olduğu müəyyən edilib və o, inzibati məsuliyyətə cəlb olunub. 

Məlumata görə, Karl və Lisa əlavə şikayət verməyiblər. Turistlər müraciətlərinə qısa müddətdə reaksiya göstərildiyinə görə Azərbaycan polisinin fəaliyyətindən razı qaldıqlarını bildirərək əməkdaşlara təşəkkür ediblər.

Bununla belə, həmin şəxsə hansı inzibati cəzanın tətbiq olunduğu, onun hadisə ilə bağlı izahatının nədən ibarət olduğu və davranışının motivləri barədə hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, hadisə ilə bağlı yayılan görüntülər xarici sosial media platformalarında da geniş müzakirə olunub və Azərbaycanın müxtəlif xəbər saytlarında gündəm mövzusuna çevrilib.

Həmin görüntüləri təqdim edirik.

Musavat.com

 0f4f283b-3118-43c5-840a-bedd80ff821d.jpg

Seçilən
33
musavat.com

1Mənbələr