AZ

Bakının bu rayonunda işıq 3 saatlıq KƏSİLƏCƏK

ain.az bildirir, Milli.az portalına istinadən.

Bu gün paytaxtın Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Milli.Az-a verilən məlumata görə, iyunun 1-də Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində təmir-təftiş işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Rüstəm Rüstəmov və Nəsimi küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə, təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
49
news.milli.az

10Mənbələr