AZ

Gürcüstanın Baş naziri Azərbaycanın Müdafiə Nazirini qəbul edib

Tbilisi, 1 iyun, AZƏRTAC

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın Müdafiə naziri Zakir Həsənovu qəbul edib.

Bu barədə AZƏRTAC-a Gürcüstan hökumət admnistrasiyasından məlumat verilib.

Görüşdə ikitərəfli, regional və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib. Ölkələr arasında müdafiə sektorunda strateji tərəfdaşlığın və əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd olunub, regionda sülhün və sabitliyin vacibliyi vurğulanıb.

 
 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

 

Seçilən
36
2
azertag.az

3Mənbələr