AZ

Xameneinin hiyləgər planı - Ali rəhbər ideoloji kampaniya başladıb

İranın Ali rəhbəri Müctəba Xamenei Yaxın Şərqdə ABŞ-nin təsirinə qarşı regional koalisiya yaratmaq məqsədilə geniş siyasi və ideoloji kampaniya başladıb.

Missiya.Az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Bildirilib ki, təşəbbüsün məqsədi müsəlman ölkələrini İranın dəstəklədiyi “yeni İslam sivilizasiyası” ideyası ətrafında bir araya gətirməkdir.

Xameneinin sosial media hesabındakı müraciətində region xalqlarının ortaq maraqlarının qorunmasının və yeni regional nizamın formalaşdırılmasının vacibliyi vurğulanıb.

O, müsəlman ölkələrini daha sıx əməkdaşlığa çağıraraq bəyan edib ki, ABŞ artıq Qərbi Asiyada əvvəlki kimi sərbəst hərbi mövcudluğunu saxlaya bilməyəcək.

Müşahidəçilərin fikrincə, bu addımlar Vaşinqtonun İsrail ilə ərəb və müsəlman ölkələri arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş təşəbbüslərinə cavab xarakteri daşıyır.

Daşqın HəsənovMissiya.Az

Seçilən
49
2
missiya.az

3Mənbələr