AZ

Çinlə münasibətlər üçüncü ölkələrə qarşı yönəlməyib -Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva ilə Pekin arasında münasibətlər heç bir ölkəyə qarşı yönəlməyib və beynəlxalq sabitliyə töhfə verir.

Redaktor.az bu haqda "Politico"ya istinadla xəbər verir.

Nazirin mesajını səsləndirən xarici işlər nazirinin müavini Andrey Rudenkonun sözlərinə görə, Rusiya-Çin əməkdaşlığı tərəflərin suverenliyini məhdudlaşdırmır, ideoloji çərçivələrlə məhdudlaşmır və xarici təsirlərə qarşı dayanıqlıdır.

Lavrov vurğulayıb ki, Rusiya və Çin arasındakı əlaqələr beynəlxalq münasibətlər sistemində mühüm sabitləşdirici amillərdən biri hesab olunur.

Aytəkin TOFİQQIZI

Seçilən
14
1
redaktor.az

2Mənbələr