AZ

Paşinyan Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq niyyətindədir

Ermənistan balanslı siyasətə nail olmaq üçün Türkiyə və Azərbaycanla münasibətlərini yaxşılaşdırmaq üzərində çalışacaq.

Ucnoqta.az xəbər verir ki, Baş nazir Nikol Paşinyan bunu açıqlayıb.

Hökumət başçısı sosial mediada canlı yayım zamanı xarici siyasət mövzusuna toxunub.

"Bu gün Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün ciddi şəkildə çalışırıq. Əminəm ki, bu məqsədə çatacağıq. Bu o deməkdir ki, balanslı xarici siyasət Ermənistan üçün yeni imkanların yaranmasına gətirib çıxaracaq ki, bu da fərqli səviyyəli bir dövlətin yaradılması deməkdir", - Paşinyan deyib.

Seçilən
17
5
ucnoqta.az

6Mənbələr