AZ

Robot Maykl Cekson olmaq istədi, yerə SƏRİLDİ VİDEO

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Çində keçirilən texnologiya tədbirində maraqlı anlar yaşanıb.

Milli.Az xəbər verir ki, Şençjen şəhərində nümayiş etdirilən humanoid robot rəqs performansı ilə iştirakçıların diqqətini cəlb edib.

Robot məşhur Maykl Ceksonun əfsanəvi "Billie Jean" mahnısının sədaları altında səhnəyə çıxaraq bir sıra rəqs hərəkətləri nümayiş etdirib. İlk anlarda onun çevik və koordinasiyalı performansı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Lakin nümayiş zamanı gözlənilməz hadisə baş verib. Robot bir neçə hərəkətdən sonra tarazlığını itirərək yerə yıxılıb. Bu anlar tədbirdə iştirak edən şəxslər tərəfindən lentə alınaraq sosial şəbəkələrdə yayılıb.

Görüntülər internet istifadəçiləri arasında müzakirələrə səbəb olub. Bəziləri hadisəyə yumorla yanaşsa da, digərləri bunu robot texnologiyalarının inkişaf prosesinin bir hissəsi kimi qiymətləndiriblər.

Musa

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
news.milli.az

1Mənbələr