AZ

“CineMastercard” kinoteatrının rəhbəri Kann Film Festivalında iştirak edib FOTO

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

Azərbaycanın ən böyük "CineMastercard" kinoteatrlar şəbəkəsinin rəhbəri Zaur Darabzadə, Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə Kann Film Festivalının 79-cu buraxılışı çərçivəsində keçirilən ən yaddaqalan tədbirlərdən birində iştirak edib.

Milli.Az xəbər verir ki, o, The Fast and the Furious ("Forsaj") filminin əfsanəvi franşizasının 25 illiyinə həsr olunmuş və Cannes Classics proqramı çərçivəsində təşkil edilən xüsusi yubiley nümayişinə qatılıb.

Palais des Festivals-in qırmızı xalçasında "CineMastercard" nümayəndəsi dünyanın ən nüfuzlu kino tədbirlərindən birinin qonaqları sırasında yer alaraq Azərbaycanı və yerli kino sənayesini təmsil edib.

Universal Pictures studiyasının 2001-ci ildə təqdim etdiyi orijinal filmin nümayişi məşhur Grand Théâtre Lumière zalında baş tutub və festivalın ən çox müzakirə olunan midnight-premyeralarından birinə çevrilib. Tədbirdə franşizanın ulduzları Vin Dizel, Mişel Rodriges, Cordanа Brüster, prodüser Nil Morits, eləcə də mərhum Pol Uokerin qızı Midou Uoker iştirak ediblər.

Gecənin ən təsirli anlarından biri Vin Dizelin Pol Uokerə həsr etdiyi emosional çıxış olub. Midou Uokerin tədbirdə iştirakı isə dünya mediasının xüsusi diqqətini çəkib.

Yubiley nümayişi dünya kinosunun ən uğurlu franşizalarından birinə çevrilən Fast & Furious filminin 25 illiyinə həsr olunub. Franşiza illər ərzində dünya prokatında 7 milyard dollardan çox gəlir əldə edərək qlobal mədəni fenomen statusu qazanıb.

"CineMastercard" kinoteatrın rəhbəri Zaur Dərabzadənin belə nüfuzlu beynəlxalq kino tədbirində iştirakı Azərbaycan kino sənayesinin qlobal peşəkar mühitə inteqrasiyasını və yerli nümayəndələrin beynəlxalq kino platformalarında fəal təmsil olunduğunu bir daha nümayiş etdirir.

Kann Film Festivalının rəsmi tərəfdaşlarından biri "Mastercard" beynəlxalq ödəniş sistemidir.

Qeyd edək ki, "CineMastercard" 10 premium kinoteatrdan ibarət şəbəkədir. Burada quraşdırılmış ən son texnologiyalı avadanlıqlar filmlərin nümayişini təmin edir və filmlər dünya premyeraları ilə eyni gündə təqdim olunur. Həmçinin, yalnız "CineMastercard" kinoteatrında unikal Skybox zalları, xüsusi qonaqlar üçün iki VIP DIAMOND zalı, eləcə də ən son 4DX və ScreenX texnologiyaları təqdim olunur. CineMastercard eyni zamanda Universal Pictures, Sony Pictures, The Walt Disney Company, Paramount Pictures və Warner Bros. kimi aparıcı dünya kinostudiyaları ilə əməkdaşlıq edir.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
1
news.milli.az

2Mənbələr