AZ

AÇG-dən sərbəst təbii qazın hasil edilməsinə başlandı

BAKI, 1 iyun. TELEQRAF

bp şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) yatağında sərbəst təbii qaz (STQ) hasilatı əməliyyatlarını başladıb.

BP-Azerbaijan” şirkətindən Teleqraf-a verilən məlumata görə, bununla da dünyanın ən böyük neft yataqlarından biri olan AÇG ilk kommersiya qaz hasilatı əməliyyatlarına başlayır.

Mövcud Qərbi Çıraq platformasından qazılmış ilk STQ quyusu ilkin hasilatla yanaşı, lay-kollektor və axın haqqında vacib məlumatların əldə edilməsini təmin etməklə gələcək tammiqyaslı işlənmə planları üçün qaz ehtiyatlarının qiymətləndirilməsinə kömək edir.

AÇG yatağının STQ ehtiyatlarının iri həcmdə - təxminən 4 trilyon kubfut çıxarıla bilən ehtiyatlar və bunun da 6 trilyon kubfutadək artmaq imkanı olduğu düşünülür.

Seçilən
4
teleqraf.com

1Mənbələr