AZ

"Araz-Naxçıvan" iki futbolçusu ilə yeni müqavilə imzaladı

BAKI, 1 iyun. TELEQRAF

“Araz-Naxçıvan” daha 2 futbolçu ilə yeni müqavilə imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Slavik Alxasov və Ömər Buludov növbəti mövsümdə də komandamızın formasını geyinəcək. Hər iki futbolçu ilə anlaşmanın müddəti 1 ildir.

Qeyd edək ki, klub rəhbərliyi bir müddət əvvəl qapıçı Tərlan Əhmədli ilə də yeni anlaşma imzalayıb.

Seçilən
40
6
teleqraf.com

8Mənbələr