AZ

“Araz-Naxçıvan” daha 2 futbolçusu ilə yeni müqavilə imzalayıb

Bakı, 1 iyun, AZƏRTAC

“Araz-Naxçıvan” daha 2 futbolçusu ilə yeni müqavilə imzalayıb.

Klubdan AZƏRTAC-a bildirilib ki, Slavik Alxasov və Ömər Buludov növbəti mövsümdə də “qırmızı-ağlar”ın formasını geyinəcək. Hər iki futbolçu ilə anlaşmanın müddəti 1 ildir.

Qeyd edək ki, “Araz-Naxçıvan” bir müddət əvvəl qapıçı Tərlan Əhmədli ilə də yeni müqavilə imzalayıb.

 

Seçilən
39
6
azertag.az

10Mənbələr