“Araz-Naxçıvan” daha 2 futbolçu ilə yeni müqavilə imzalayıb.
Sportal.az xəbər verir ki, Slavik Alxasov və Ömər Buludov növbəti mövsümdə də komandanın formasını geyinəcək. Hər iki futbolçu ilə anlaşmanın müddəti 1 ildir.
Qeyd edək ki, klub rəhbərliyi bir müddət əvvəl qapıçı Tərlan Əhmədli ilə də yeni anlaşma imzalayıb.
saytlarin hazirlanmasi