AZ

İngiltərə millisinin sabiq futbolçusu Ceyms Milner karyerasını başa vurub

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İngiltərə millisinin sabiq futbolçusu Ceyms Milner peşəkar karyerasını yekunlaşdırıb.

"Cebheinfo.az" xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçi sosial şəbəkələr vasitəsilə yaşıl meydanlarla vidalaşdığını açıqlayıb.

Son 3 mövsümü "Brayton"da keçirən C.Milner İngiltərə Premyer Liqasında 658 matçda iştirak edib ki, bu da turnir tarixində rekorddur.

Qeyd edək ki, karyerası ərzində yalnız İngiltərə klublarında çıxış etmiş C.Milner "Brayton"la yanaşı, "Liverpul", "Mançester Siti", "Aston Villa", "Nyukasl" və "Lids"də forma geyinib. 3 dəfə İngiltərə çempionu, 1 dəfə UEFA Çempionlar Liqasının qalibi olan təcrübəli futbolçu ümumilikdə 13 titul qazanıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
43
cebheinfo.az

10Mənbələr