AZ

Paşinyan Türkiyə və Azərbaycanla münasibətlərdən DANIŞDI

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq istiqamətində çalışdığını bildirib və bunun Ermənistanın xarici siyasətində yeni mərhələyə yol açacağını qeyd edib.

Redaktor.az xəbər verir ki, Paşinyan bu barədə feysbuk səhifəsində paylaşdığı videomüraciətdə danışıb.

Baş nazirin sözlərinə görə, İrəvanın məqsədi balanslaşdırılmış və ədalətli xarici siyasət formalaşdırmaqdır və bu prosesin nəticəsi kimi region ölkələri ilə münasibətlərin normallaşdırılması vacib əhəmiyyət daşıyır.

“Əminəm ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması məqsədinə çatacağıq, bu da balanslı və ədalətli xarici siyasətin öz məqsədinə çatacağı və Ermənistan üçün yeni keyfiyyətli dövlət qurmaq üçün yeni imkanlar yaradacağı deməkdir”, - deyə Paşinyan bildirib.

O əlavə edib ki, Türkiyə ilə diplomatik münasibətlərin olmaması xarici siyasətdə asimmetriya yaradır.

“Əgər Türkiyə ilə münasibətlərimiz yoxdursa, bu, bəzi əlaqələrin qeyri-mütənasib və balanssız olması deməkdir”, - deyə baş nazir vurğulayıb.

Paşinyan qeyd edib ki, Ermənistan yalnız region ölkələri ilə deyil, bütün dövlətlərlə balanslı münasibətlər qurmalı və bu siyasəti davam etdirməlidir.

Onun sözlərinə görə, dövlət beynəlxalq münasibətlər sistemində tarazlığı qorumaq qabiliyyəti ilə fəaliyyət göstərir və məhz bu balans ölkəyə yeni inkişaf imkanları yaradır.

Aminə ŞAHSUVARQIZI

Seçilən
7
redaktor.az

1Mənbələr