AZ

Son bir ildə pensiya ödənişlərinə 781 milyon manat çox olmaqla 5 milyard 726 milyon manat yönəldilib - Vətən Naminə

">

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən VETENNAMİNE.AZ-a verilən məlumata əsasən, növbəti pensiya artımları olaraq  ötən il minimum pensiya 280 manata çatdırılıb. 2022-ci ildə pensiyaçılara ödənilən maddi yardımların onların pensiyaları tərkibinə daxil edilərək, bundan sonra yaranan pensiya məbləğlərinin 14,7 faiz indeksləşdirilərək artırılması təmin olunub.

Həmin dövrdə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 436 manata, yaşa görə pensiyaların orta aylıq məbləği də 17 faiz artaraq 467 manata çatıb.

Son bir ildə 31,8 min, elektron təyinat mexanizminin tətbiqinə başlandığı 2019-cu ilin əvvəlindən isə 102 min vətəndaşa proaktiv qaydada pensiya təyin olunub.

 

Son
Seçilən
188
1
vetennamine.az

2Mənbələr