"Araz-Naxçıvan" daha iki futbolçusu ilə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı bölgə təmsilçisinin mətbuat xidməti yayıb.
Slavik Alxasovla Ömər Buludov 2026/2027 mövsümündə də bu komandanın formasını geyinəcək. Onlarla 1 illik saziş başlanıb.
Qeyd edək ki, mövsüm başa çatandan sonra ukraynalı baş məşqçisi Andrey Demçenko ilə əməkdaşlığa son qoyan "Araz-Naxçıvan" daha öncə qapıçı Tərlan Əhmədli ilə də müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan anlaşma imzalayıb.