AZ

Küveytdə hava hücumundan müdafiə sistemləri işə düşüb

Küveytdə hava hücumundan müdafiə sistemləri işə düşüb

Küveyt ordusu ölkəyə yönələn raket və pilotsuz uçuş aparatlarının (PUA) hücumlarının qarşısını almaq üçün hava hücumundan müdafiə sistemləri ilə müdaxilə edildiyini açıqlayıb.

AFN.az xəbər verir ki, Küveyt ordusunun sosial media platformasındakı rəsmi hesabından verilən bəyanatda hava hücumundan müdafiə sistemlərinin PUA və raket hücumlarını zərərsizləşdirməyə çalışdığı barədə məlumat paylaşılıb.

Ölkədə eşidilə biləcək partlayış səslərinin hava hücumundan müdafiə sistemlərinin hücumların qarşısını alması səbəbindən qaynaqlandığı bildirilən açıqlamada vətəndaşlardan təhlükəsizlik qaydalarına riayət etmələri istənilib.

Bəyanatda hücumların haradan gəldiyi və ya xarakteri barədə ətraflı məlumat verilməyib.

Küveytin rəsmi xəbər agentliyi KUNA isə ölkədə həyəcan siqnallarının səsləndiyini bəyan edib.

Seçilən
26
afn.az

1Mənbələr