AZ

2032-ci ilədək 8 giqavat bərpa olunan enerji gücünün yaradılacaq

Süni intellekt, məlumat mərkəzləri və rəqəmsallaşmanın təsiri ilə elektrik enerjisinə tələbat ümumi enerji tələbatından təxminən üç dəfə daha sürətlə artır:

Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumu çərçivəsində nazirlərin plenar sessiyasında deyib.

Nazir bildirib ki, bu enerji balansında təbii qazın əhəmiyyətini daha da gücləndirir:

“Reallıq göstərir ki, neft və qaz olmadan enerji təhlükəsizliyini təmin etmək mümkün deyil. Əksinə, qlobal elektrikləşmə tendensiyası enerji təhlükəsizliyinin daha yüksək səviyyədə təmin olunmasını tələb edir.

Bundan əlavə, elektrikləşmə və rəqəmsal texnologiyalar mis, litium və nadir torpaq elementləri kimi kritik minerallardan getdikcə daha çox asılı vəziyyətə düşür. Nəticədə enerji təhlükəsizliyi, kritik minerallar və təchizat zəncirləri milli təhlükəsizliyin əsas prioritetlərinə çevrilir".

P.Şahbazov əlavə edib ki,Azərbaycanın yaşıl enerji gündəliyini qətiyyətlə həyata keçirərək Xəzər regionu, Cənubi Qafqaz, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında elektrik enerjisi dəhlizlərinin formalaşdırılmasına şərait yaradır:

“2032-ci ilədək daxili istehlak, ixrac, eləcə də süni intellekt infrastrukturu və məlumat mərkəzlərinin enerji təminatı üçün 8 giqavat bərpa olunan enerji gücünün yaradılması planları uğurla icra olunur. Bu gücün 2 giqavatlıq hissəsinin milli elektrik şəbəkəsinə inteqrasiyası gələn il başa çatdırılacaq.

2035-ci ilədək quraşdırılmış enerji güclərində bərpa olunan mənbələrin payının təxminən 43 faizə çatdırılmasını nəzərdə tutan şəbəkə araşdırmaları isə yekunlaşmaq üzrədir".

Seçilən
50
teleqraf.com

1Mənbələr