AZ

Həm Avropadan, həm Azərbaycandan təklifləri var – Qərar “Sabah”ındı – ÖZƏL

“Sabah”ın futbolçusu Abdulla Rzayevin  Premyer Liqa klublarından təklifləri var.

İdmanxeber.az-a verilən məlumata görə, müdafiəçi Azərbaycan və ölkəxaricindən olan klubların diqqətini cəlb edib. Ölkəmizdən “Araz Naxçıvan” futbolçunu heyətinə qatmaq niyyətindədir.

Naxçıvan təmsilçisi Rzayevi icarəyə götürmək istəyir. Bunun üçün ciddi səy göstərir.

Ölkəxaricindən maraqlanan klublar isə futbolçu üçün təzminat ödəməyi düşünmür. Bu səbəbdən də onun karyerasını Avropada davam edəcəyi inandırıcı görünmür.

Oyunçunun “Sabah”la bir illik müqaviləsi var. “Bayquşlar” hələlik futbolçu barədə yekun qərarını verməyib.

Müdafiəçi komanda ilə yay toplanışına yollanacaq. Bundan sonra Rzayevin taleyi bəlli olacaq.

Həsən Quluzadə

Seçilən
15
idmanxeber.az

1Mənbələr