AZ

Bu qidalar ürək damarlarını təhlükəyə ata bilər Kordioloqdan XƏBƏRDARLIQ

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kardioloq Məhəmməd Alo ürək sağlamlığını qorumaq üçün bəzi qidaları menyudan çıxardığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, mütəxəssis bu haqda aif.ru-ya danışıb.

Həkimin sözlərinə görə, kərə yağı, pendir, donuz yağı, kokos yağıı və toyuq dərisi kimi qidalar "pis" xolesterolun (LDL) səviyyəsini artırır. Bu isə zamanla damarların tıxanmasına, infarkt, insult və digər ciddi xəstəliklərə səbəb ola bilər.

Alo xüsusilə kərə yağından uzaq durmağı tövsiyə edib. O bildirib ki, kərə yağı yüksək miqdarda doymuş yağ ehtiva etdiyi üçün LDL xolesterolunu artıraraq damar sağlamlığına mənfi təsir göstərir.

Həkim ürək-damar xəstəlikləri riskini azaltmaq üçün doymuş yağlarla zəngin qidaların qəbulunu məhdudlaşdırmağı məsləhət görüb.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
1
redaktor.az

2Mənbələr