AZ

Nazir: Qazaxıstan BTC ilə neft nəqlini ildə 2,2 mln. tona çatdırmağa hazırdır

Qazaxıstan Bakı-Tblisi-Ceyhan boru kəməri ilə neft nəqlini ildə 2,2 milyon tona çatdırmağa hazırdır.

"APA-Economics" xəbər verir ki, bunu 31-ci Bakı Enerji Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Qazaxıstanın energetika naziri Erlan Akkenjenov bildirib.

Nazirin sözlərinə görə, Qazaxıstan ölkə neftinin ixracı üçün mövcud olan bütün marşrutları nəzərdən keçirir.

“Biz ildə 1,5 milyon ton həcm planlaşdırmışıq. Bu göstəricini 2,2 milyon tona qədər artırmağa hazırıq. Protokolda da bu imkan nəzərdə tutulub və hətta daha yüksək həcmdə nəql mümkündür”, - deyə E. Akkenjenov vurğulayıb.

O qeyd edib ki, Aktau limanı vasitəsilə daha böyük həcmdə neft daşınması üçün texniki imkan mövcuddur.

Nazirin sözlərinə görə, ixrac marşrutlarının genişləndirilməsi ilə bağlı qərarlar tərəfdaşların texniki imkanlarından da asılı olacaq. Eyni zamanda, mövcud məhdudiyyətlər aradan qaldırılanadək Qazaxıstan neft axınlarını alternativ liman və terminallara yönləndirməyə davam edəcək.

Seçilən
17
1
apa.az

2Mənbələr