Azərbaycanın çimərlik güləşçiləri Xorvatiyanın Poreç şəhərində keçirilən Dünya Seriyasının 2-ci mərhələsində iki medal qazanıblar.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti yayıb.
80 kq-da Sahib Dadaşov gümüş, Vüsal Əliyev isə bürünc medal qazanıb.
İslam İlyasov (+90 kq) dördüncü, Əşrəf Aşırov (90 kq) beşinci, Rübail İbrahimli (70 kq) isə doqquzuncu yeri tutub.
Yarışda I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.