AZ

Uitkoff və Kuşner iki həftə ərzində Kiyevə gələ bilərlər

Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Amerikalıların səfəri Yaxın Şərqdəki vəziyyətdən asılıdır

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkov və iş adamı Cared Kuşner iki həftə ərzində Ukraynaya səfər edə bilərlər. AYNA.AZ xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “CBS News”a müsahibəsində deyib.

O potensial səfərin vaxtı ilə bağlı danışıqlar qrupundan mesaj aldığını söyləyib: “Bəli, onların Kiyevə gəlməsini gözləyirik. Ümid edirəm ki, iki həftə ərzində bura gəlməyin yolunu taparlar. Amma ən azından danışıqlar qrupumdan bu xəbəri aldım. Onlar mənə Stiv və Caredlə əlaqə saxladıqlarını və onların Ukraynaya gəlib danışmağa hazır olduqlarını dedilər”.

Dövlət başçısı səfərin Yaxın Şərqdəki vəziyyətdən asılı olduğunu qeyd edib. O Kuşner və Uitkoffun heç vaxt Kiyevə səfər etmədikləri üçün "Amerika danışıqlar qrupunu Ukraynada görmək" lazım olduğunu bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
ayna.az

1Mənbələr