AZ

Nazir müavini: İqlim dəyişikliyi ölkənin hidroloji rejiminə birbaşa təsir göstərdiyindən enerji mənbələrinin şaxələndirilməsi prioritetdir

Tacikistan enerji balansının şaxələndirilməsi məqsədilə Günəş və külək enerjisi layihələrinin inkişafını sürətləndirir.

 

AZƏRTAC xəbər verir ki, bu sözləri Tacikistanın energetika və su ehtiyatları nazirinin müavini Şərif Səfərəli Məhmədzoda

 

Bakı Enerji Forumunda “Davamlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq” mövzusundakı plenar müzakirəsində çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, hazırda Tacikistanda elektrik enerjisinin 98 faizi hidroenergetika hesabına istehsal olunur.

 

“Bununla yanaşı, iqlim dəyişikliyi ölkənin hidroloji rejiminə birbaşa təsir göstərdiyindən enerji mənbələrinin şaxələndirilməsi prioritet istiqamətlərdən biri hesab edilir. Tacikistanın 2030-cu ilədək Milli İnkişaf Strategiyası enerji balansının diversifikasiyasını nəzərdə tutur. Bu çərçivədə 2027-ci ilədək Günəş və külək enerjisi obyektlərinin ümumi quraşdırılmış gücünün ən azı 1500 meqavata çatdırılması planlaşdırılır. Bu istiqamətdə beynəlxalq və özəl tərəfdaşların dəstəyi ilə artıq praktiki işlər həyata keçirilir”,- deyə o əlavə edib.

Tarix: 1 İyun 2026, 16:48   
Seçilən
28
1
pravda.az

2Mənbələr