AZ

“Titulu qorumaq onu ilk dəfə qazanmaqdan daha çətindir” “Sabah”ın məşqçisi

futbolpress-az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Sabah”ın əvəzedici komandası liqada çempion olub. “Bayquşlar” ardıcıl ikinci dəfə qızıl medala yiyələnib.

Komandanın baş məşqçisi Adino Mustedanaqiç “Futbolpress.az“a açıqlamasında çempionluğu dəyərləndirdi:

“Titulu qorumaq onu ilk dəfə qazanmaqdan daha çətindir. Düzdür, ötən mövsüm əsas komandadan bəzi oyunçulardan istifadə etmişdik, lakin bu dəfə futbolçu öz gücləri hesablarına bunu bacardılar. Komandamla qürur duyuram”.

Adino Əvəzedicilər Liqasında mövsümün daha rəqabətli keçdiyini və komandaların inkişafda olduğunu bildirdi:

“Bu mövsüm daha maraqlı alındı. Əvvəl çempionluğa 1-2 komanda namizəd idisə, bu dəfə daha çox kollektiv bu yarışda iştirak etdi. Son tura qədər gərgin mübarizənin şahidi olduq. Məncə, bu mövsüm daha maraqlı və rəqabətli alındı”.

Xorvatiyalı mütəxəssis komandadakı hədəflərindən söz açdı:

“Ardıcıl ikinci dəfə çempion olmaq xoşdur. İndi mövsüm bitib və bir az istirahət edəcəyik. Bundan sonra rəhbərliklə görüşüb, hədəflərimizi müəyyənləşdirəcəyik. Məqsədimiz əsas komanda üçün potensiallı oyunçuları üzə çıxarmaq və qarşıdakı mövsümdə Azərbaycanı UEFA Gənclər Liqasında yaxşı təmsil etməkdir”.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
futbolpress.az

1Mənbələr