AZ

İran danışıqları dayandırdı

İran ABŞ ilə danışıqları dayandırıb.

"Unikal" xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Mənbənin məlumatına görə, danışıqların dayandırılmasına İsrailin Livandakı hərəkətləri səbəb olub.

"Tehran sionist rejimin cinayətlərinə etiraz olaraq Vaşinqtonla danışıqlar mübadiləsini dayandırır", - deyə məlumatda bildirilir.

İsrailin Livanda davam edən cinayətləri və bütün cəbhələrdə atəşkəsin pozulması səbəbindən İran danışıqları dayandırıb və vasitəçilər vasitəsilə mesaj mübadiləsi aparıb.

İddia olunur ki, İran rəsmiləri Qəzza və Livanda İsrailin təcavüzkar hərbi əməliyyatlarına dərhal son qoyulmasının, eləcə də Livandakı işğal olunmuş ərazilərdən qoşunların tamamilə çıxarılmasının vacibliyini vurğulayırlar. Mənbə əlavə edib ki, bu mövqe təmin olunana qədər heç bir danışıqlar aparılmayacaq.

Seçilən
8
1
unikal.az

10Mənbələr