“Sabah” klubu heyətini gücləndirməyə davam edir.
İdmanxeber.az-a verilən məlumata görə, Cənubi Afrika Respublikasının “Kayzer Çifs” klubunun müdafiəçisi Aden Makarti Azərbaycan təmsilçisinə keçməyə yaxındır. Tərəflər arasında 3+1 illik müqavilə bağlanacaq.
Bildirilir ki, futbolçu transferi tamamlamaq üçün bu axşam Azərbaycana yola düşəcək. 1,86 boyunda olan müdafiəçi ötən mövsüm komandasının heyətində 31 oyun keçirib və 2 qol vurub.
Makarti CAR millisinin heyətində bir oyunda çıxış edib.
Qeyd edək ki, “Sabah” ötən mövsüm Azərbaycan Premyer Liqasının qalibi olub və 2026/27 mövsümündə UEFA Çempionlar Liqasında iştirak hüququ qazanıb.