
Rusiya Mərkəzi Bankı ölkədən xaricə pul köçürmələrinə tətbiq edilən məhdudiyyətlərin müddətini daha 6 ay artırıb.
AFN.az xəbər verir ki, Rusiya Mərkəzi Bankından verilən açıqlamada xaricə pul köçürmələrinə yönəlmiş qadağaların 7 dekabr 2026-cı ilə qədər uzadıldığı bildirilib.
Xatırladaq ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən 2022-ci ilin mart ayından etibarən ölkədən xaricə ediləcək pul köçürmələrinə müxtəlif məhdudiyyətlər qoyulmuşdu.
Mövcud qaydalara əsasən, qeyri-dost ölkələrdən olan qeyri-rezident şəxslər və şirkətlər xaricə pul köçürmələri həyata keçirə bilməzlər.