Kuzbassda ovçular 17 yaşlı yeniyetməni cüyürlə səhv salaraq güllələyiblər.
İnterpress.az xəbər verir ki, bu barədə yerli İstintaq Komitəsi məlumat yayıb.
Ötən gün Kuzbassda faciəli hadisə baş verib. 17 yaşlı Maksim idarə etdiyi pitbaykda (kiçik ölçülü kros motosikleti) hərəkətdə olarkən ovçuların hədəfinə tuş gəlib.
Məlumata görə, spirtli içki qəbul etmiş üç ovçu yeniyetməni cüyürlə səhv salıblar.
Onlardan biri yoldaşlarının göstərişi ilə atəş açıb və nəticədə güllə yeniyetmənin başına dəyib. Maksim aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Xuraman Etibarlı
İnterpress.az