AZ

“Hünər İnşaat”dan pulunu tələb edən fəhlələr yolu kəsdilər

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Zəngilan rayonunda həyata keçirilən tikinti layihəsində çalışan bir qrup fəhlə əməkhaqlarının vaxtında ödənilmədiyini iddia edir.

Gununsesi.info-nun xəbərinə görə, sosial şəbəkələrdə yayılan görüntülərdə işçilər bildirirlər ki, onlar rayonun Cahangirbəyli kəndində aparılan tikinti işlərində çalışırlar və bir müddətdir əməkhaqlarını ala bilmirlər.

Onların sözlərinə görə, bayram günləri olmasına baxmayaraq, ödənişlərin həyata keçirilməməsi ciddi sosial problemlər yaradıb.

Fəhlələr maaşların verilməsini tələb edərək etiraz aksiyası keçirdiklərini və diqqəti problemlərinə yönəltmək üçün magistral yolun kənarında toplandıqlarını bildiriblər.

İddialarda adı hallanan “Hünər-İnşaat” şirkəti məsələyə münasibət açıqlamayıb.

Qeyd edək ki, qarşı tərəfin mövqeyi təqdim edildiyi təqdirdə material yenilənəcək.

Elmar

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
icma.az

1Mənbələr