AZ

Yaponiyada 4,6 bal gücündə zəlzələ olub

Yaponiyanın Honşu adası sahillərinin yaxınlığında yeraltı təkanlar qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin mətbuat xidməti məlumat yayıb.

4,6 maqnitudalı zəlzələ iyulun 1-i axşam saatlarında qeydə alınıb. Yeraltı təkanların episentri İvate prefekturasının liman şəhəri olan Miyakodan 91 kilometr cənub-şərqdə və Morioka şəhərindən 156 kilometr şərqdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Bizim.Media

Seçilən
17
1
bizim.media

2Mənbələr