AZ

SOCAR-ın prezidenti “Gran Tierra Energy Inc.” şirkətinin prezidenti və baş icraçı direktoru ilə görüşüb -Foto



1 iyun 2026-cı il tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf “Gran Tierra Energy Inc.” şirkətinin prezidenti və baş icraçı direktoru Qəri Quidri ilə görüşüb.

aia.az xəbər verir ki, görüşdə şirkətlər arasında əlaqələrin dinamik inkişafı məmnunluqla qeyd olunub. Cari ilin fevralında SOCAR ilə “Gran Tierra Energy Inc.” şirkəti arasında imzalanmış “Azərbaycan Respublikasının Quba–Xəzəryanı regionunda yerləşən qurudakı perspektiv sahəsi üzrə Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü haqqında Sazişin icrası üzrə görülən işlər nəzərdən keçirilib.

Tərəflər upstream fəaliyyəti üzrə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.



Seçilən
30
2
aia.az

3Mənbələr