Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Polşanın paytaxtı Varşavada keçirilən Dünya Kubokuna qələbə ilə başlayıb.
Bu barədə "Far.Az"a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
Yığma qrup mərhələsindəki ilk matçında Madaqaskarı 21:13 hesabı ilə məğlub edib.
Azərbaycan millisi qrupda növbəti görüşünü bu gün, Bakı vaxtı ilə saat 22:20-də Niderlanda qarşı keçirəcək.