AZ

Velko Simiç daha 2 il "Sabah"da

"Sabah" futbolçusu Velko Simiçlə yeni müqavilə bağlayıb.

Fanat.Az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti 2 ildir.

Simiç "Sabah"la yeni sözləşməni azad agent kimi bağladığından, onun keçidi ilə bağlı hər hansı ödəniş edilməyib.

Velko Simiç ötən ilin avqustunda Türkiyənin "Sivasspor" klubundan icarə əsasında "Sabah"a qoşulmuşdu.

O, "bayquşlar"ın heyətində ümumilikdə 34 oyun keçirib, 12 qol vurub və 13 məhsuldar ötürmə edib.

Simiç son mövsümdə "Sabah"ın heyətində Azərbaycan çempionluğunu və ölkə kubokunu qazanıb.

Seçilən
18
10
fanat.az

10Mənbələr