Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Alimlər insanların gündəlik danışıq vərdişlərində diqqətçəkən dəyişiklik aşkar ediblər.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmaya görə, insanlar hər yeni ildə əvvəlki illə müqayisədə orta hesabla 120 min söz daha az işlədir.
Məlumata əsasən, bir insanın gün ərzində tələffüz etdiyi sözlərin sayı təxminən 28 faiz azalıb. Belə ki, bu göstərici 16,6 min sözdən 11,9 min sözə düşüb. Tədqiqatçılar bildirirlər ki, fərq həcm baxımından bütöv bir romana bərabərdir.
Mütəxəssislər hələlik bu tendensiyanın dəqiq səbəbini müəyyən edə bilməyiblər. Bununla belə, əsas ehtimallardan biri smartfonların, yazışmaların və uzaqdan iş formatının geniş yayılmasıdır.
Araşdırma müəlliflərinin fikrincə, insanlar getdikcə daha çox sözlər əvəzinə reaksiyalar, emojilər və stikerlərdən istifadə edir ki, bu da şifahi ünsiyyətin azalmasına təsir göstərə bilər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.