AZ

Bu gün Astaranın bəzi ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ

Bu gün Astaranın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə SİA-ya "Azərişıq" ASC-dən məlumat verilib. Astara Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Astara" yarımstansiyasından çıxan "Lovain" hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 14:30-dan 17:00-dək rayonun Çayoba, Hamoşam, Kakalos, Qamışoba, Pensər, Sım, Siyaku, Şahağac, Şiyəkəran, Təngərud, Toradi kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Mətləb

Seçilən
33
12
sia.az

10Mənbələr