AZ

NASA rəhbəri: Yadplanetlilərin kosmik gəmilərinin qəzaya uğraması barədə məlumat yoxdur

ABŞ-nin Aeronavtika və Kosmik Fəzanın Tədqiqi üzrə Milli İdarəsi (NASA) yadplanetlilərin qəzaya uğramış kosmik gəmi və ya yad cisimlər barədə sənədləşdirilmiş heç bir sübutlara malik deyil.

"Far.Az"un məlumatına görə, NASA-nın direktoru Cared Ayzekman bu barədə Vaşinqtonda keçirilən "CNBC CEO Council Summit" forumunda bildirib.

Ayzekman bəşəriyyətin yerdən kənar sivilizasiyalarla mümkün təması və UNO məlumatlarının dərc olunması ilə bağlı suala cavabında qeyd edib ki, Tramp administrasiyası bu cür hadisələrlə bağlı materialların yayımlanmasının tərəfdarıdır.

"Qəzaya uğramış kosmik gəmi və ya yadplanetli cisimlər haqqında heç bir məlumatım yoxdur", - NASA rəhbəri vurğulayıb.

Lakin o qeyd edib ki, müvafiq qurumlar tərəfindən qeydə alınan və ictimaiyyətə təqdim edilən naməlum hava hadisələri (UAP) haqqında məlumatlar mövcuddur.

Seçilən
61
1
far.az

2Mənbələr