AZ

Yankoviçdən məhsuldar ötürmə, Monteneqrodan qələbə - Video

style='margin-bottom:10px;'>

“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçin də formasını geydiyi Monteneqro millisi yoxlama oyunu keçirib. 

QOL.az xəbər verir ki, komanda səfərdə Bolqarıstanla üz-üzə gəlib. 

Marko Yankoviç də bu görüşün iştirakçısı olub. Görüşə ehtiyat oyunçular skamyasından başlayan 31 yaşlı futbolçu 59-cu dəqiqədə Miloş Brnoviçin əvəzinə meydana daxil olub. Yankoviç oyuna qoşulduqdan 9 dəqiqə sonra məhsuldar ötürmə ilə yadda qalıb. Balsa Sekuliç topu tora qovuşdurub. Bu, matçda vurulan yeganə qol olub. Bununla da, görüş Monteneqro yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, Monteneqro növbəti yoxlama matçını iyunun 5-də səfərdə Slovakiyaya qarşı keçirəcək. 

Seçilən
28
4
teleqraf.com

5Mənbələr